GreenTree Guardian
Full-Stack & IoT Proqramçı (Həmtəsisçi) — "The Eye of Nature" startapı
Parklardakı ağac və bitkilərin izlənməsi üçün idarəetmə platforması — "The Eye of Nature" startapının bir hissəsi.
- React 18
- TypeScript
- Tailwind CSS
- Supabase
- Leaflet
- OpenAI GPT-4o
"The Eye of Nature" yaşıl texnologiya startapının həmtəsisçisi olaraq inkişaf etdirilən, parklar və bağlardakı ağac və bitkilərin vəziyyətini izləyən idarəetmə platforması. Hər bitkiyə QR kod verilir — sahə işçisi telefonla kodu skan edərək bitkinin profilinə keçir, vəziyyətini yoxlayır və tapşırıq əlavə edir. Bitki sağlamlığı şəkil üzərindən süni intellektlə analiz olunur, bütün bitkilər interaktiv xəritədə göstərilir.
